Təxribatların əks-effekti: Azərbaycan Ordusu Ermənistanın əsas strateji yollarına nəzarəti ələ keçirib- AÇIQLAMAbackend

Təxribatların əks-effekti: Azərbaycan Ordusu Ermənistanın əsas strateji yollarına nəzarəti ələ keçirib- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyin əsas səbəbi  strateji ərazilərin Azərbaycana Ordusunun nəzarətinə keçməsidir. Onlar Azərbaycanın tarixi əraziləridir. Ermənistan sülh müqaviləsi, sərhədlərin delimitasiya demakrasiya prosesi öncəsini hücum etməyə fürsət kimi dəyərləndirdi.  Ermənistan hesab edirdi ki, bu ərəfədə strateji yüksəklikləri ələ keçirsə, masaya gedənə qədər əlini gücləndirmiş olacaq. Eyni zamanda, müəyyən güzəştlər əldə edəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli  deyib.

Siyasi analitik qeyd edib ki, Ermənistan ordusunun bu həmlələri əks effekt verdi və sərhəd bölgəsində yaşanan toqquşmaların sonunda Azərbaycan tərəfi bütövlükdə Ermənistanın ana yollarına nəzarəti ələ keçirdi:

“Gorus-Qafan yoluna nəzarət Azərbaycan Ordusunun əlində idi, bununla yanaşı M-10 İrəvan-Gorus, Gorus-Tatef, Qərb tərəfdən Zəngəzur dəhlizinə, şərq tərəfdən isə Naxçıvan istiqamətində Zəngəzur dəhlizi aralığındakı 10 km məsafəyə nəzarət də ələ keçirildi. Bu artıq o deməkdir ki, Ermənistanın bütün strateji yollarına nəzarət Azərbaycanın əlindədir. Ermənistanın törətdiyi təxribatların əsas hədəfinə Azərbaycan Ordusu nail oldu”.

//Gülnarə Abasova, Editor.az