Teymur Rəcəbov Levon Aronyanı məğlub etdibackend

Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib.

Dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanmağı bacarıb – 2,5:1,5.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.
Facebook Notice for EU! You need to login to view and post FB Comments!