Təyyarə 14 saat yan tərəfində dəliklə uçubbackend

Təyyarə 14 saat yan tərəfində dəliklə uçub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubaydan Avstraliyaya uçan Emirates” hava şirkətinə məxsus təyyarə yan tərəfində dəliyinin olmasına baxmayaraq 14 saatlıq uçuşunu davam etdirib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlər təyyarənin havaya qalxmasından dərhal sonra partlayış səsi eşidib və səyahətlərini böyük bir təşviş içərisində keçirib.

Təyyarənin pilotları hadisədən dərhal sonra dindirilib. Dindirilmə zamanı məlum olub ki, onlar təyyarədə hansı fəsadın olmasını təyyarə yalnız yerə endikdən sonra bilib. Hadisə zamanı pilotlar son dərəcə peşəkarlıq nümayiş etdirərək sərnişinlərin həyatını xilas edə bilib.

//Nəzərbəy Hacıağayev, Editor.az