ABŞ-ın “Spirit Airlines” aviaşirkətinə məxsus təyyarənin Atlantik-Siti şəhərinin (Nyu_cersi ştatı) hava limanında havaya qalxarkən mühərrikinə quş girib.
Editor.az Trend-ə istinadən xəbər verir ki, nəticədə təyyarənin mühərriki alışıb.
Məlumata əsasən, mühərrikin alışması səbəbilə uçuş dayandırılıb, bütün sərnişinlər təxliyə edilib.
Ştatnı qubernatoru Fil Mörfi özünün “Twitter” səhifəsində bildirib ki, insidentdən sonra hava limanı fəaliyyətini bərpa edib.

