Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsi Mahmud Tutunçiyevin görüntüsü yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:
Bu gün səhər saatlarında Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.
Editor.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
“Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm”- o bildirib.
Ətraflı süjetdə: