Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundubackend

Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

​​​Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.

Qoşqar Sadıqov Qroznıda çalışırmış.