Təyyarə qəzasında ölənlərin sayı 110-u keçdibackend

Təyyarə qəzasında ölənlərin sayı 110-u keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Air India” şirkəti təyyarəsinin Hindistanın qərbində qəzaya uğradığını təsdiqləyib. Boeing 787-8, göyərtəsində 242 nəfərlə Londona uçub.

Yerli “TimesNow” portalının məlumatına görə, azı 110 nəfər həlak olub. Aviaşirkət X sosial şəbəkəsində yaydığı açıqlamada təyyarənin havaya qalxdıqdan az sonra qəzaya uğradığını bildirib. O, Hindistanın Əhmədabad şəhərindən Londonun Qatvik hava limanına gedirmiş.

Təyyarədə 169 Hindistan, 53 Britaniya, bir Kanada və yeddi Portuqaliya vətəndaşı olub. “Air India” əlavə edib ki, qurbanlar yaxınlıqdakı xəstəxanalara aparılıb, lakin onların sayını açıqlamayıb. Qəzadan sonra Əhmədabaddakı beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

//Samir Qurbanov, Editor.az