Təyyarə uçuş-enmə zolağından çıxaraq çaya düşübbackend

Təyyarə uçuş-enmə zolağından çıxaraq çaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Oreqon ştatında şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq suya düşüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə aprelin 7-də “North Bend” hava limanı məlumat yayıb. “Bazar ertəsi kiçik şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq Kus körfəzinə uçdu və nəticədə təxminən 100 fut (təxminən 30,5 m. – Red.) suya düşüb”, – məlumatda deyilir. 4 sərnişin və pilot xəstəxanaya yerləşdirilib. Bütün zərərçəkənlərin vəziyyəti stabildir.

//Samir Qurbanov, Editor.az