Təyyarədə ayaq üstə səyahət etmək dövrü başlayır: ayaq üstə səyahət etmək olarmı?backend

Təyyarədə ayaq üstə səyahət etmək dövrü başlayır: ayaq üstə səyahət etmək olarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada bəzi aviaşirkətlər 2026-cı ildə sərnişin tutumunu 20 faiz artıracaq “yarı dayanan” Skyrider 2.0 oturacaqlarını istifadəyə verməyi planlaşdırır. İtalyan firması Aviointeriors tərəfindən dizayn edilmiş bu oturacaqlar daha dik oturacaqlar və daha sıx məsafə ilə daha çox sərnişin daşımağı hədəfləyir.

Editor.az xəbər verir ki, aviaşirkətlərin sərnişin tutumunu artırmaq üçün ayaq üstə duran sərnişinlərə icazə verməyi planlaşdırdığı iddia edilib.

Avropadakı bəzi hava yollarının daha çox sərnişini təyyarələrinə yerləşdirmək üçün sərnişinlərə demək olar ki, ayaq üstə vəziyyətdə səyahət etmələrini təmin edən ‘Skyrider 2.0’ adlı yeni oturacaq dizaynı üzərində çalışdıqları açıqlanıb.

Bildirilib ki, İtaliyanın Aviointeriors şirkəti tərəfindən hazırlanan bu sistem təyyarələrdə sərnişin tutumunu 20 faiz artırmağı hədəfləyir. Şirkət iddia edirdi ki, velosiped yəhərlərinə bənzəyən bu yumşaq yastıqlı oturacaqlar daha dar məsafədə yerləşdirilə bilər ki, bu da aviaşirkətlərə daha ucuz biletlər satmağa imkan verir.

Sosial mediada bir çox istifadəçi 2026-cı ildə istifadəyə verilməsi gözlənilən oturacaqları “qeyri-insani” və “narahat” olaraq xarakterizə etsə də, bəziləri bunu müsbət addım kimi şərh edib.

//Gülnarə Abasova, Editor.az