Təyyarədə qorxunc hadisə: Sərnişinlər huşunu itirdi, pilot təyyarəni tərk etdibackend

Təyyarədə qorxunc hadisə: Sərnişinlər huşunu itirdi, pilot təyyarəni tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiha Gökçen-Dalaman reysi ilə uçmalı olan Pegasus təyyarəsi 5 saat gecikdiyi üçün 2 sərniş halı pisləşərək huşunu itirib.

Digər tərəfdən, uçuşu yerinə yetirməli olan pilotlar və heyət iş saatlarının dolması bəhanəsi ilə sərnişinləri salonda qoyaraq təyyarəni tərk ediblər.

Editor.az xəbər verir ki, yeni uçuş heyətini gözləyərkən iki sərnişin uzun gecikmə səbəbindən huşunu itirib.
Saatlarla davam edən gecikmə səbəbindən ac-susuz qaldıqları üçün gərgin və qəzəbli olan sərnişinlər, kabin heyətinə “Yemək verin, su verin” deyə bağırdıqdan sonra, pulsuz ikramlar paylanılacağı barədə elan verilib.

//Samir Qurbanov, Editor.az