Təyyarənin yaşayış binasına çırpılması nəticəsində 20-dən çox mülki şəxs həlak olub – “Al Arabiya”backend

Təyyarənin yaşayış binasına çırpılması nəticəsində 20-dən çox mülki şəxs həlak olub – “Al Arabiya”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda hərbi təyyarənin yaşayış binasına çırpılması nəticəsində yüksək rütbəli zabitlər və 19 mülki şəxs həlak olub.

Editor.az bildirir ki, bu barədə “Al Arabiya” xarici telekanalı məlumat yayıb. Mətbuat həmçinin qeyd edib ki, qəzaya səbəb təyyarədə texniki nasazlıq olub.

Sudan ordusu bildirib ki, təyyarə ötən gecə, fevralın 25-də hava limanından qalxarkən qəzaya uğrayıb və sonra alovlanıb. Orada da hadisənin texniki nasazlıq səbəbindən baş verə biləcəyini inkar etməyiblər.

//Samir Qurbanov, Editor.az