“Tez-tez evində baş çəkirlər, çünki…” – Rusiyanı silkələyən Putin iddiasıbackend

“Tez-tez evində baş çəkirlər, çünki…” – Rusiyanı silkələyən Putin iddiası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər tez-tez Rusiya Prezidenti Vladimir Putinin Soçidəki evinə baş çəkirlər.

Bu barədə Rusiyanın “Proekt” araşdırma platforması məlumat yayıb.

İddiaya görə, Rusiya liderinin 2016-2019-cu illər arasındakı səfərləri zamanı həkimləri onu müşayiət ediblər.

Məlumatda Putinə Soçidə aralarında xərçəng cərrahının da olduğu bir qrup həkimin baş çəkdiyi bildirilib.

“Proekt” qeyd edib ki, apardığı araşdırmalar nəticəsində Putin “açıqlama vermədən yoxa çıxdığı vaxtlar”da həkimləri ilə birlikdə Qara dəniz sahilindəki evində olub. İddiaya görə, 2016-2017-ci illərdə Putini səfərləri zamanı orta hesabla 5, 2019-cu ildə onu 9 həkim müşayiət edib.

“Proekt”in baş redaktoru Roman Badanin deyib: “Putinin 23 illik hakimiyyəti dövründə ölkə onu idarə edən şəxsin fiziki və psixi sağlamlığı ilə bağlı həqiqəti bilmirdi. Biz təsdiq edirik ki, Rusiya liderinin səhhəti yaxşı deyil”.

2016-cı ilin noyabrında prezident xəstəxanasının həkimlərinin Putinin üzərində cərrahiyyə əməliyyatı keçirmiş ola biləcəyi deyilib. Qeyd olunub ki, uğurlu əməliyyatdan sonra qrupa daxil olan 2 həkimin vəzifəsi yüksəldilib.

“Proekt” daha böyük həkim qrupun 2019-cu ilin noyabrında Soçidə olduğunu bildirib. İddia edib ki, təxminən bu vaxtlarda Putinin səhhəti yenidən ağırlaşıb.

Məlumata görə, qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış cərrah 2016-2019-cu illər arasında Soçidə 166 gün qalıb.

Kremlin sözçüsü Dmitri Peskov “Proekt”in xəbərinin fantaziya olduğunu və reallığı əks etdirmədiyini söyləyib.

Teleqraf.com