Tez-tez ölüm halları ilə gündəmə gələn “MedEra Hospital”ı hansı generalındır? – Ağır cinayətlərdə ittiham olunub…backend

Tez-tez ölüm halları ilə gündəmə gələn “MedEra Hospital”ı hansı generalındır? – Ağır cinayətlərdə ittiham olunub…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “MedEra Hospital”ının plastik cərrahı Günel Bayramlı tərəfindən əməliyyat zamanı xəstəxananın Aygün adlı əməkdaşının vəfat etməsi sözügedən klinakanın sahibinin kimliyi məsələsini aktuallaşdırıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə dəfə xoşagəlməz hadisələrlə gündəmə gələn “MedEra Hospital”ının sahibinin keçmişi qaranlıq şəxslərdən olduğu iddia edilir.

Bildirilir ki, hazırda “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur.

Məlumata görə, bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital” klinikasına direktor müavini təyin olunur.

Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, ancaq əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, “MedEra Hospital”ının fəaliyyəti də Fikrət Qədiməliyevin yaxın keçmişi kimi qaranlıqdır.

“MedEra Hospital”ında bu cür müəmmalı ölüm halları birinci hal deyil. Hələ ötən il 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər serrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olmuşdu.

Daha sonra həmin qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat etmişdi.

Bu barədə “Pravda.az” saytı məlumat yaymışdı.