Tezliklə azad Ukrayna Avropa birliyinin bir hissəsinə çevriləcək – Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenbackend

Tezliklə azad Ukrayna Avropa birliyinin bir hissəsinə çevriləcək – Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna yaxın gələcəkdə Avropa Birliyinin bir hissəsi olacaq.

Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mayın 9-da Ukrayna dövlətinin başçısı ilə söhbətindən sonra bildirib: “Avropa Günündə mən prezident Zelenski ilə danışdım, Avropa ukraynalıların ürəyindədir və tezliklə azad Ukrayna bizim birliyin bir hissəsinə çevriləcək”.

Onun sözlərinə görə, Ukraynanın öz xalqını və azadlığını qorumaq üçün dəstəyə ehtiyacı var. “Mən iyun sülh sammitində iştirakımı təsdiqlədim” -i fon der Leyen deyib. AK rəhbəri əlavə edib ki, Zelenski ilə birlikdə “Ukraynanın Aİ-yə daxil olmaq üzrə danışıqlar prosesində mühüm irəliləyişini qeyd ediblər”.

//Samir Qurbanov, Editor.az