Tezliklə bu layihə reallaşacaq:”Türkiyə əlindəki bütün rıçaqlardan istifadə edərək…”backend

Tezliklə bu layihə reallaşacaq:“Türkiyə əlindəki bütün rıçaqlardan istifadə edərək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi  Azərbaycanla Türkiyəni birləşdirən önəmli bir kommunikasiya layihəsi olmaqla yanaşı, həm də hazırki dövrdə qlobal dünya maraqları prizmasından mühüm əhəmiyyətə malikdir”.

Bu fikri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində həmkarı İlham Əliyevlə Zəngəzur dəhlizi məsələsinin əhəmiyyətini diqqətə çəkdikdən sonra bu istiqamətdə hansı irəliləyişlərin ola biləcəyi ilə bağlı açıqlamasında deyib.

Analitik bildirib ki, Zəngəzur dəhlizinin açılması Çindən Britaniyaya uzanan tarixi “İpək Yolu”, həmçinin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və kommunikasiya layihələrində müstəsna əhəmiyyətə malik olacaq:

“Təbii ki, bu layihə Azərbaycan və Türkiyənin mövqeyi və gücünün daha da artmasına səbəb olacaq. Ona görə də bu gün İran başda olmaqla, bir çox qüvvələr bu bunun reallaşması perspektivlərindən ciddi şəkildə narahat olurlar. Ancaq Türkiyədə yeni Nazirlər Kabinetinin formalaşması fonunda Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı məsələdə ortaya qoyduğu birmənalı mövqe dəhlizə qarşı olan qüvvələrin neytrallaşmasına səbəb olacaq. Türkiyə əlindəki bütün rıçaqlardan istifadə edərək dəhlizin reallaşmasına çalışacaq”.

//Gülnarə Abasova, Editor.az