“Tezliklə İranla Azərbaycan arasında xoşagəlməz anlaşılmazlıqlara son qoyulmalıdır”- Millət vəkilibackend

“Tezliklə İranla Azərbaycan arasında xoşagəlməz anlaşılmazlıqlara son qoyulmalıdır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaxtilə yaxın dost və mehriban qonşular olan Azərbaycanla İran arasında münasibətlərin son bir neçə ildə gərginlik dövrünə qədəm qoyması region üçün ciddi təhlükə idi. Rəsmilərin sərt bəyanatları ilə yanaşı geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar heç də xoşagələn hal deyil. Əslində gedişatı təhlil edərkən görürük ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan başqa seçimi də yoxdur. Bu seçimdən çox tarixi, siyasi, iqtisadi və digər vacib amillər baxımından zərurətdir. Səbəb sadədir Azərbaycanla İran eyni coğrafiyada mövcuddur”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlı olub:

“Hətta kollektiv Qərbin ciddi sanksiyalar tətbiq etdiyi, ətrafında “təzyiq həlqəsi” qurmağa çalışdığı vaxtlarda belə Azərbaycan İrana münasibətdə daim düşünülmüş, rasional siyasət yeridib. Azərbaycan çox azsaylı region ölkələrindən biridir ki, ərazisindən üçüncü dövlət tərəfindən İrana hücum məqsədilə istifadə olunmasına əsla imkan verməyəcəyini dəfələrlə bəyan edib və sözünün üzərində də dayanıb.

Asiya ilə Avropanı birləşdirən dəhlizə daxil olan avtomobil və dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu amil də İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Böyük bazarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan və İran üzərindən qurulması hər iki ölkənin iqtisadi inkişafına böyük töhfə verəcək. İran ilə Azərbaycan arasında münasibətlərin hər iki ölkənin və bölgənin ümumi inkişafına töhfələri nəzərə alınaraq, bu əlverişli şəraitdən istifadə edilməsi üçün tərəflər arasındakı xoşagəlməz anlaşılmazlıqlara qon qoyulmalıdır”.

//Gülnarə Abasova, Editor.az