Rusiya təzminat ödəmək öhdəliyi olmadan Ukrayna sülh sazişi imzalamayacaq.
Editor.az bildirir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyi rəhbərinin müavini İrina Mudra məlumat verib. Onun sözlərinə görə, nə Kiyev, nə də dünya ictimaiyyəti bu variantla razılaşmır.
Nazir müavini bildirib ki, Konqresin aşağı palatasının Xarici Əlaqələr Komitəsi Rusiya Federasiyasının Ukraynaya təzminat ödəməsi və hərbi əməliyyatı dayandırması müqabilində xaricdə dondurulmuş aktivlərə qismən çıxış əldə edə biləcəyini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Əgər Rusiya təzminatsız barışıq sazişi imzalayacağını düşünürsə, bilməlidir ki, imzalanmayacaq. Ukrayna heç vaxt buna razı olmayacaq. Və dünya getməyəcək, çünki kimsə bu təzminatları ödəməlidir. Rusiya deyilsə, o zaman kim?” – İrina Mudra əlavə etdi.
//Samir Qurbanov, Editor.az

