“The Economist”: Ermənistan Qərbin gözündə Rusiyanın vassalı olaraq qalır – FOTObackend

“The Economist”: Ermənistan Qərbin gözündə Rusiyanın vassalı olaraq qalır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüfuzlu “The Economist” nəşri Rusiyanın ən yaxın müttəfiqi olan ölkələrin reytinqini dərc edib.

Siyahıya Rusiya ilə ittifaq dövləti yaradan Belarus başçılıq etsə də, sonrakı pillədə Ermənistan qərarlaşıb.

Bu, İrəvanın nə qədər çalışsa da, Qərbdə Rusiyanın vassalı olaraq qəbul edildiyini bir daha sübut edir.

Məqalədə II Qarabağ müharibəsi günlərində Rusiyanın Ermənistandakı hərbi bazasından İrəvana yardım üçün istifadə etməməsi və bunun Paşinyan hökumətini hiddətləndirməsi qeyd olunur. Bildirilir ki, məhz bu səbəbdən son aylarda Ermənistan KTMT çərçivəsində Rusiya ilə hərbi əməkdaşlıqdan mümkün qədər boyun qaçırmağa və Azərbaycanla sərbəd ərazilərinə Aİ missiyasını cəlb etməklə özünü qərbyönümlü siyasət yürüdürmüş kimi göstərməyə çalışır.

Lakin təqdim olunan reytinq İrəvanın xarici siyasətinin tam olaraq iflasa uğradığını və ölkənin Qərbin gözündə Rusiyanın ən yaxın müttəfiqi kimi göründüyünü bir daha əyani şəkildə təsdiqləyir.