The Guardian: Cənubi Koreya “şkafdakı monstr”u görməzdən gəlir – Ukraynaya silah verməmək üçünbackend

The Guardian: Cənubi Koreya “şkafdakı monstr”u görməzdən gəlir – Ukraynaya silah verməmək üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hakimiyyəti Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın ölkə üçün doğura biləcəyi ciddi təhlükəni yetərincə dərk etmir. Bu barədə Böyük Britaniyanın nüfuzlu The Guardian nəşri ekspertlərin fikirlərinə istinadən yazır.

Məqalədə bildirilir ki, Seul rəsmiləri Şimali Koreya istehsalı olan silahların Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunmasına dair xəbərlərə ictimai şəkildə heç bir reaksiya verməyib. Həmçinin, Rusiya tərəfindən Pxenyana göstərilən hərbi texniki yardım və şimali koreyalı hərbçilərin müasir döyüş taktikaları üzrə hazırlığı da Cənubi Koreya tərəfindən sükutla qarşılanıb.

Ekspertlər hesab edir ki, Seulun bu məsələdə ehtiyatlı və səssiz mövqeyi, Ukraynaya birbaşa silah dəstəyi verməmək siyasəti ilə bağlıdır.

“Bir çoxlarının son onilliklərdə Şimali Koreyada baş verdiyini düşündüyü ən mühüm hərbi transformasiya hazırda Ukrayna cəbhələrində formalaşır. Lakin Seul hələ də bu dəyişikliyin doğura biləcəyi nəticələri tam şəkildə dərk etmir,” – deyə The Guardian qeyd edir.

//Samir Qurbanov, Editor.az