“The New York Times” qəzeti ötən həftə Praqada keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısından sonra verilən şam yeməyində Türkiyə prezidenti Ərdoğanla Yunanıstan baş naziri Mitsotakis arasında gərginlik yaşandığını yazıb.
Editor.az xəbər verir ki, məqalədə Mitsotakis 44 Avropa liderinin qarşısında çıxış edərkən Ərdoğanın içəri girərək səsini yüksəltdiyi iddia edilib. Adı açıqlanmayan avropalı diplomat və orada iştirak edən iki yüksək rütbəli avropalı rəsmisi bildirib ki, Ərdoğan otağı tərk etməzdən əvvəl Mitsotakisi Şərqi Aralıq dənizi və Egeydəki mübahisələrin həllində qeyri-səmimilikdə, Avropa İttifaqını (Aİ) isə Yunanıstan və Kiprin tərəfini tutmaqda ittiham edib.
Yeməkdən sonra təşkil edilən mətbuat konfransında Ərdoğan bir sıra açıqlamalar verib: ” Bu, təkcə Yunanıstan üçün keçərli deyil, bizi narahat edən və ya bizə hücum edən istənilən ölkəyə cavabımızdır. Bir gecə birdən gələ bilərik. Yəqin ki onlar da anladılar”.
Yunan jurnalistin “bir gecə qəfil gələ bilərik” deyərək “hücum edə bilərik” demək istəyirsiniz? buna açıq cavab verərdinizmi? sualına Ərdoğan “Doğru anladınız” deyə cavab verib.
//Gülnarə Abasova, Editor.az

