ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) nəşrlərinin milli təhlükəsizliyə təhdid yaratdığını bəyan edib. O, qəzeti yalan yaymaqda günahlandırıb.
Editor.az xəbər verir ki, Tramp sosial media hesabı olan “Truth Social”da yazıb: “Onların radikal solçu, balanssız davranışı və yalan xəbərləri dayandırılmalıdır. Onlar xalqın əsl düşmənləridir”.
17 oktyabrda Donald Tramp NYT-yə qarşı iddia qaldıraraq jurnalistləri 2024-cü il prezident seçkiləri zamanı onun uğurlu iş adamı kimi nüfuzuna xələl gətirməyə və adını ləkələməyə çalışmaqda ittiham edib.
NYT redaksiya heyəti də öz növbəsində Trampı müstəqil jurnalistikaya mane olmağa çalışmaqda ittiham edir.
//Samir Qurbanov, Editor.az

