“The Times” qəzeti Baydenin prezidentliyinin necə bitəcəyini açıqlayıbbackend

“The Times” qəzeti Baydenin prezidentliyinin necə bitəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “The Times” qəzeti ABŞ-ın sərhədlərinin astanasında olduğunu, Ukraynada və Yaxın Şərqdə daimi münaqişələrlə üzləşdiyini və Tayvana qarşı mümkün gərginliyin Co Baydenin prezidentliyini məhv edə biləcəyindən narahat olduğunu bildirib.

Editor.az nəşrə istinadla qeyd edir ki, HƏMAS-ın İsrailə hücumu Amerika diplomatiyası üçün “tələ”yə çevrilib və İranın altı milyard dollarlıq aktivlərinin dondurulması qərarı hələ də Vaşinqtonun müttəfiqlərini çaşdırır. Bildirilir ki, dünyada vəziyyət xeyli mürəkkəbləşib və ABŞ-ın rolu getdikcə daha çox sınaqdan keçirilir.

Ağ Ev Baydenin oktyabrın ortalarında İsrailə səfərinin ABŞ rəhbərliyinin ölkəyə dəstəyi ilə yekunlaşacağına ümid edirdi. Lakin Bayden İordaniya, Misir və Fələstin liderlərinin qatıldığı zirvə Qəzzada xəstəxanaya endirilən zərbə səbəbindən ləğv edilib.

//Gülnarə Abasova, Editor.az