The Wall Street Journal:  “Böyük üçlük” Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyin yollarını axtarırbackend

The Wall Street Journal:  “Böyük üçlük” Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyin yollarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa, Almaniya və Böyük Britaniya Kiyevi Moskva ilə sülh danışıqlarına başlamağa təşviq etmək üçün Ukrayna və NATO arasında daha sıx əlaqələri nəzərdən keçirir.

Editor.az xəbər verir ki bu barədə “The Wall Street Journal”a hər üç ölkənin hökumət nümayəndələri anonim şəkildə bildiriblər. Keçən həftə Böyük Britaniyanın baş naziri Rishi Sunak Ukraynaya müharibə bitdikdən sonra müdafiə üçün qabaqcıl hərbi texnika, silah və sursata daha geniş çıxış imkanı verəcək razılaşmanın planını təklif edib.

Onun sözlərinə görə, bu plan NATO-nun iyulda keçiriləcək sammitində müzakirə olunacaq. Fransa, Almaniya və Britaniya rəsmilərinin sözlərinə görə, Fransa və Almaniya bu təşəbbüsü dəstəkləyib. Onlar bunu Ukraynada inam yaratmaq və ölkə hakimiyyətini sülh danışıqlarına sövq etmək üçün bir yol kimi görürlər. Britaniya mənbəsi bildirib ki, təklif olunan sazişin digər məqsədi Rusiyaya təsir göstərməkdir.

Əgər Rusiya Qərbin gələcəkdə də Ukraynaya hərbi yardımı genişləndirməyə hazır olduğunu görsə, bu, Moskvanı hərbi məqsədlərinə nail ola bilməyəcəyinə inandıracaq, – deyə o izah edib. Eyni zamanda, “The Wall Street Journal” qeyd edib ki, bu danışıqların nə vaxt və hansı şərtlərlə başlanacağı ilə bağlı istənilən qərarı Kiyev verməlidir.

  //Samir Qurbanov, Editor.az