“The Wall Street Journal”dan qorxulu proqnoz: bu yay hər iki tərəf üçün “ölümcül” olacaqbackend

“The Wall Street Journal”dan qorxulu proqnoz: bu yay hər iki tərəf üçün “ölümcül” olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiya, hər iki tərəfdən minlərlə insanın öləcəyi, lakin heç birinin həlledici dönüş nöqtəsinə nail ola bilməyəcəyi “ölümcül yay” fəsli ilə üz-üzədir.

Editor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb: “Cəbhə xətti qanlı şahmat matçının keçirildiyi yerə çevrilir, hər iki tərəf ərazi itirmədən üstünlük tapmaq üçün fiqurları hərəkət etdirir”.

Nəşr qeyd edir ki, Ukrayna üçün ötən yay uğursuz əks-hücumdan sonra hazırda vəzifə təzə Qərb silahlarının köməyi ilə öz mövqeyini qoruyub saxlamaqdır. Eyni zamanda, Ukrayna təhlükəsizlik qüvvələrinin fikrincə, Rusiya çox güman ki, kiçik “qazanclar” üçün çoxlu sayda əsgəri qurban verərək standart yanaşmasını tətbiq etməyə davam edəcək.

Rəsmilərdən biri bildirib ki, Xarkova böyük hücum üçün “onların kifayət qədər qoşunları yoxdur”. Qoşunların ora köçürülməsi cəbhənin digər bölmələrinin zəifləməsinə gətirib çıxaracaq”.

//Samir Qurbanov, Editor.az