The Wall Street Journal: Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın tələblərinə məhəl qoymur: Nə baş verir?backend

The Wall Street Journal: Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın tələblərinə məhəl qoymur: Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqlara dair tələblərinə məhəl qoymur.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) diplomatik mənbələrə istinadən yazıb. WSJ mənbələrinin məlumatına görə, Ərdoğanın təkid etdiyi telefon danışığı hələ də baş tutmayıb.

Diplomatların fikrincə, Rəcəb Tayyib Ərdoğanın bəzi hərəkətləri Rusiyanın taxıl müqaviləsini yeniləməmək qərarına təsir edib. Onların arasında “Azov” batalyonunun 5 komandirinin (Rusiya Federasiyasında terrorçu kimi tanınıb) Moskvaya xəbərdarlıq etmədən Ukraynaya qaytarılması, habelə İsveçin NATO-ya daxil olmasına razılıq verilməsi barədə qərarlar da var.

WSJ mənbələri hesab edir ki, Rusiyanın taxıl müqaviləsində iştirakdan imtina etməsi təkcə Türkiyə ilə deyil, Çinlə də münasibətlərə təsir edəcək.

Qəzet vurğulayır ki, sazişə əsasən bundan əvvəl taxılın demək olar ki, dörddə biri Çinə tədarük edilib və Çin rəsmiləri qlobal ərzaq təhlükəsizliyi naminə müqavilənin uzadılmasının vacibliyini bəyan ediblər.

//Samir Qurbanov, Editor.az