“Threads” abunəçiləri 100 milyon olubbackend

“Threads” abunəçiləri 100 milyon olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın “Twitter”ə rəqib olan yeni sosial media platforması “Threads”ə qeydiyyatdan keçənlərin sayı 100 milyona çatıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Apple başda olmaqla bir çox şirkət və müxtəlif brendlər “Threads”a daxil olublar.

Qısa müddət sonra yeni platformaya “Apple Books”, “Apple Music”, “Beats by Dre” və musiqi tanıma proqramı “Shazam” daxil olmaqla digər proqramlar qoşulub.

Onu da qeyd edək ki, “Meta” iyulun 5-də “Twitter”ə rəqib olan yeni sosial media platforması “Threads”i istifadəyə verib.

//Safura Bənnayeva, Editor.az