Meta “Twitter” in rəqib tətbiqi “Threads”a bəzi əlavələr və yeniləmələr etməyə hazırlaşır.
Editor.az xarici mediaya istinadən bildirir ki, tətbiqdə ediləcək dəyişikliklə istifadəçilər yalnız xronoloji ardıcıllıqla izlədikləri insanların yazılarını görə biləcəklər.
Bu seçim “Twitter”-də də mövcuddur.
“Threads” ən populyar sosial media tətbiqlərindən biri olan “İnstagram” ilə birlikdə işləyir.
“Threads”ə əlavə edilən yeniliklər bunlardır:
“Paylaşılan yazıları redaktə etmək üçün seçim”;
“Yazıları müxtəlif dillərə tərcümə etmək bacarığı”
“Müxtəlif “Threads” hesablarına keçidin asanlaşdırılması”
Onu da qeyd edək ki, tətbiqdə axtarış seçimi yoxdur.
Bəzi istifadəçilərin diqqətini çəkən başqa bir məqam da odur ki, açılmış “Threads” profili ancaq həmin hesabın bağlı olduğu “Instagram” hesabını silməklə tamamilə silinə bilər.
Şirkət bu məsələ üzərində də çalışdığını açıqlayıb.
//Safura Bənnayeva, Editor.az

