Tibb bacılarının geyinmə otağında gizli kamera tapıldı – FOTOlarbackend

Tibb bacılarının geyinmə otağında gizli kamera tapıldı – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Beykoz şəhərində qadın təcili tibbi yardım texniklərinin istirahət otağında gizli kamera tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın tibb işçisi divarın yerlə birləşdiyi hissədə işıq görüb. Daha sonra onlar divarın o biri tərəfindəki kişilər otağına gedən hissəsində planşet olduğunu görüblər.

Xəbər üzərinə polis hadisə yerinə gəlib.

Polis qrupları tərəfindən aparılan araşdırma zamanı otaqda planşetə qoşulmuş kamera olduğu müəyyən edilib.

Kişilər otağından qadınlar otağına qədər olan divarda deşik açıldığı və kameranın qadınların istirahət otağına qədər uzadıldığı anlaşılıb.

Tibb bacıları məsələ ilə bağlı təcili yardım sürücüsündən şikayət ediblər.

Təcili yardım sürücüsü kameranın ona aid olduğunu qəbul edib.

Haqqında istintaq başladılan sürücünün işdən uzaqlaşdırıldığı öyrənilib.