Tibb bacısını 3 nəfər öldürübmüş – Adlarbackend

Tibb bacısını 3 nəfər öldürübmüş – Adlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada 77 yaşlı tibb bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Editor.az  DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.