Ticarət mərkəzində yanğın: 6 nəfər ölübbackend

Ticarət mərkəzində yanğın: 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 14 mərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanğın zamanı 6 nəfər ölüb.

Çində ticarət mərkəzi alovlara təslim olub. Sıçuan əyalətinin Ziqonq şəhərində 14 mərtəbəli ticarət mərkəzində yerli vaxtla saat 18:00 radələrində başlayan yanğında 6 nəfər həyatını itirib. Səlahiyyətlilər alovlar içində qalan 30 nəfərin xilas edildiyini bildirsələr də, içəridə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Yanğına müdaxilə etmək üçün əraziyə 300-ə yaxın yanğınsöndürən və çoxlu sayda maşın göndərilib, yanğın saat 20:20 radələrində nəzarətə götürülüb.

//Samir Qurbanov, Editor.az