Tiflisdə çevriliş həyəcanı: Mişa üçün helikopter hazırlandıbackend

Tiflisdə çevriliş həyəcanı: Mişa üçün helikopter hazırlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyi istənilən ssenariyə hazırdır, əgər zərrurət yaranarsa, eks-prezident Mixail Saakaşvilini klinikaya yerləşdirmək üçün helikopterdən istifadə ediləcək.

Bu sözləri Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat katibi deyib.

O bildirib ki, hələlik Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur:

“Hazırda Saakaşvilinin həyat parametrləri normadadır və müalicəsinə davam edir”.

Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dövlət çevrilişinə cəhd haqda məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı şəxslər Saakaşvilinin türmə həbsxanasına və ya digər türməyə köçürülməsinə qarşı aksiyalar keçirmək, yolları bağlamaq, beləliklə də ölkədə xaos yaratmaq haqda plan qurublar.

//axar.az