Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının qarşısında etiraz aksiyası davam edir. Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
Publika.az xəbər verir ki, polis aksiyaya müdaxilə edir. Xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Məlumata görə, aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı yaralanıb.
DİN-in yaydığı məlumatda deyilir ki, aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, nəticədə bir polis xəsarət alıb.