Nəsimi rayonu, Novruzov Qardaşları, 55 ünvanında yerləşən ev sahibi ilə “Pilot-16” MMC tikinti şirkəti arasında məhkəmə çəkişməsi gedir.
Belə ki, tikinti şirkətinin evin müqabilində verdiyi kompensasiya ev sahibini qane etmir. Ona verilən beş yüz min manatla razılaşmayıb, bir milyon manat tələb edir.
Vətəndaş Yusif Quliyev iddia edir ki, evdən çıxarılması üçün suni maneələr yaradılır. Evin ətrafında qazıntı işləri aparılır və süni göl yaradılıb.
Ev sahibinin qaynının tikinti şirkətinə məxsus ağır texnikanı yandırması vəziyyəti daha da çətinləşdirib.
Qeyd edək ki, “Pilot 16” MMC-nin rəsmi direktoru Aslan Quliyevdir. Lakin mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin əsl sahibi keçmiş oliqarx-deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
Daha ətraflı ARB TV-nin materialında: