Tiktok Azərbaycanda bağlana bilər? – Deputat açıqladıbackend

Tiktok Azərbaycanda bağlana bilər? – Deputat açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütövlükdə Tiktok da daxil olmaqla, heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Bağlamaq məsələni həll etmir.

Editor.az  bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Tiktokun Azərbaycanda bağlanması ehtimalı haqda danışarkən deyib.

“Müvəqqəti olaraq hansısa platformanı bağlamaq insanların daxilində emosiaların daha sərt formada qalmasına gətirib çıxarır. Biz daha çox sosial şəbəkənin mədəniləşməsi istiqamətində çalışmalıyıq. Çünki bu mədəniləşmə olmasa, prosesləri tənzimləmək də çətin olacaq. Dünyada Tiktoku bizi kimi istifadə eləmirlər. Bizdə bu cür istifadə edirlərsə, deməli, problem özümüzlə bağlıdır. Bunlar maşın sürmək kimi bir şeydir. Maşınla avtoşluq da edə bilərsən, normal da sürə bilərsən. Əgər kimsə avtoşluq edirsə, bu adamın öz xarakteri ilə bağlıdır. Ona görə də sosial şəbəkələri bağlamaqla normallaşmasını gözləmək mümkünsüzdür”, – deputat bildirib.