“TikTok”da canlı yayım açan cərrah nazirliyə çağırıldıbackend

“TikTok”da canlı yayım açan cərrah nazirliyə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açan cərraha xəbərdarlıq edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:

“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.