“TikTok”da təhlükəli tendensiya: 20-dən çox uşaq “əjdaha nəfəsi”ndən xəstəxanaya yerləşdirilibbackend

“TikTok”da təhlükəli tendensiya: 20-dən çox uşaq “əjdaha nəfəsi”ndən xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada 20-dən çox uşaq “əjdaha nəfəsi” kimi tanınan maye azotlu küçə yeməyinin video sınağını çəkdikdən sonra xəstəxanaya yerləşdirilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, hökumət hazır qidalarda maye azotdan istifadənin təhlükələri barədə xəbərdarlıq edib və bəzi uşaqlar maye azot buludunda örtülmüş yeməyi yedikləri zaman mədə yanması, qida zəhərlənməsi ilə üzləşdiyinə görə daha diqqətli olmağa çağırıb.

Əjdaha nəfəsi, maye azotla isladılmış qəlyanaltı, yeyənin burnundan və ağzından buxar çıxmasına səbəb olur. İndoneziyalı həkim Dr.Dicky Budiman maye azotun istehlak edildikdə qəlyanaltının tüstü kimi görünməsinə səbəb olduğunu, lakin maye azot buxarlanmadan istehlak edildiyi təqdirdə hətta ölümə və bağırsaq yanıqlarına səbəb ola biləcəyini söylədi.

Səhiyyə Nazirliyi 25-ə yaxın uşağın qəlyanaltıdan təsirləndiyini, ikisinin xəstəxanaya yerləşdirildiyini bildirib. Budiman, təsirlənən uşaqların sayının daha çox ola biləcəyini söylədi.

//Safura Bənnayeva, Editor.az