Timo Varner “Layptsiq” geri dönürbackend

Timo Varner “Layptsiq” geri dönür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi”nin ulduzlarından olan Timo Varner keçmiş klubu Almaniyanın “Layptsiq” klubuna geri dönmək ərəfəsindədir. Editor.az Almaniya mətbuatına istnadən xəbər verir ki, 26 yaşlı futbolçu üçün Almaniya təmsilçisi İngiltərə təmsilçisinə transferinin baş tutması üçün 30 milyon ödəməyə hazırdır. Varner bu həftə Almaniya gələcək və rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Varner 2020-ci ildə 53 milyon avro məbləğində “zadəganlar”ın heyətinə cəlb olunmuşdu. O “Çelsi”nin heyətində 2 mövsümdə 89 oyunda 23 qola imza atdı.

//Nəzərbəy Hacıağayev, Editor.az