Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı – FOTObackend

Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

Milli.Az bildirir ki, tıxacda dayanan avtomobilə “Dayanma durma” cəriməsi gəlib. Bu barədə sürücü iradını sosial şəbəkə vasitəsi ilə bildirib.

Sürücüyə 346.4 maddəsi ilə ( Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə ) 80 manat, 2 bal cərimə yazılıb.

Milli.Az görüntüləri təqdim edir: