Tixanovskaya özünü prezident adlandırmaqdan imtina edibbackend

Tixanovskaya özünü prezident adlandırmaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya özünü “prezident” kimi adlandırmaqdan vaz keçib.

Editor.az xəbər verir ki, o bu barədə müxalifyönlü “tut.by” saytına açıqlama verib.

S.Tixanovskya özünü hələ də siyasətçi hesab etmədiyini, lakin artıq “siyasətdə bəzi şeyləri anladığını” və “nəyin harada və necə deməyin lazım olduğunu” öyrəndiyini söyləyib.

“Özüm haqqında maksimum təsvir edəcəyim söz “azadlığın simvolu” ola bilər,-deyə keçmiş namizəd qeyd edərək, vətəndaşlaırn da əslində onu müvəqqəti dövlət başçısı kimi gördüyünü bildirib.

Onun sözlərinə görə, ətrafındakılarının təzyiqlərinə rəğmən özünü prezident adandırmağa heç bir mənəvi haqqı yoxdur.

//Musavat.com