Tofiq Zülfüqarov antiterror əməliyyatına çağırış etdibackend

Tofiq Zülfüqarov antiterror əməliyyatına çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci il müharibəsindən sonra V. Putin, E. Makron, O. Stolz və bir sıra digər siyasətçi və ölkə parlamentləri deputatlarının bəyanatları göstərir ki, onlar Ermənistanın 28 il ərzində həyata keçirdiyi silahlı təcavüzün və azərbaycanlı əhaliyə qarşı total etnik təmizləmənin nəticələrini Azərbaycanın tam və qəti şəkildə aradan qaldırmaya yaxınlaşmasından narazıdır”.

Yenisabah.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, “Facebook” səhifəsində yazıb:

“Bundan başqa, “münaqişələrin idarə edilməsi sistemi”nin region ölkələrinə siyasi təsir aləti olması onları qane etmir.

Ermənistanın mövqeyinə dəstək verən xarici oyunçuları münaqişənin davam etdirmək istəyən Ermənistanın hakim elitasının məqsədləri üst-üstə düşür.

Regionda qüvvələrin kritik balanssızlığı ucbatından nəticə əldə edilməyən Ermənistan elitası öz məqsədi naminə Ermənistan əhalisini və erməni əhalisinin qalıqlarını qəsdən yeni qurbanlara və itkilərə hazırlaması təəccüblüdür.

Mövcud vəziyyət və Azərbaycan ərazisinin dərinliklərində silahlı müqavimət ocaqlarını saxlamaq cəhdləri ilə əlaqədar olaraq, bizim Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarəti altında olan ərazidə güclü antiterror əməliyyatı keçirmək və qalan əraziləri işğaldan azad etməkdən başqa çarəmiz qalmır.

Biz şərait yaratmalıyıq ki, yerli erməni əhalisinə qarşı terror törədən, reinteqrasiya prosesinə mane olan radikalların təzyiqləri aradan qalxsın.

Sanksiya və ya qətnamə ilə hədələr ölkə Konstitusiyasına uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün bərpası siyasətimizin həyata keçirilməsində bizə maneə ola bilməz”.