Tokio-2020: Daha bir güləşçimiz qızıl medalsız qaldı – FOTO + YENİLƏNİRbackend

Tokio-2020: Daha bir güləşçimiz qızıl medalsız qaldı – FOTO + YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın digər güləşçisi Rafiq Hüseynovun da finala çıxmayacağı dəqiqləşib.

Editor.az xəbər verir ki, o, 1/4 finalda Asiya çempionu Akjol Mahmudova (Qırğızıstan) 1:9 hesabı ilə uduzub.

Akjol Mahmudov finala çıxacağı halda, idmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.

07:55

Azərbaycan güləşçiləri Tokio Olimpiadasında mübarizəyə başlayıb.

Editor.az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (68 kq) 1/8 final mərhələsində onqat Afrika çempionu, Bakıda İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Blesinq Oborududu (Nigeriya) ilə üz-üzə gəlib.

Manolova rəqibinə 2:13 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi bürünc medal üçün təsəlliverici görüşə qatılmaq imkanı əldə edəcək.

Yunan-Roma güləşində isə Rafiq Hüseynov (77 kq) dünya və Avropa mükafatçısı Aleks Byurberi Kesidislə (İsvç) qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə Rafiq son xalı qazandığı üçün 1/4 finala vəsiqə qazanıb.

İkiqat Avropa çempionumuz Rafiq Hüseynov növbəti mərhələdə Akjol Mahmudovla (Qırğızıstan) güləşəcək.