Tokionun Rusiyaya qarşı sanksiyalara qoşulmasının təhlükəli olduğu bildirilibbackend

Tokionun Rusiyaya qarşı sanksiyalara qoşulmasının təhlükəli olduğu bildirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Rusiyaya qarşı sanksiyalarda iştirak etməsi düzgün deyildi.

Editor.az xəbər verir ki, bu barədə müsahibəsində Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki bildirib. İyulun sonunda Moskvaya səfər edən deputat xatırladıb ki, təxminən iki il yarım əvvəl ABŞ prezidenti Co Bayden tətbiq olunan sanksiyalara görə Rusiya iqtisadiyyatını çökdürəcəyinə söz vermişdi. Suzuki bu fikrin son dərəcə yanlış olduğunu bildirib. O, Yaponiya hökumətinin antiRusiya sanksiyalarında iştirakının yanlış və təhlükəli olduğunu vurğulayıb.

Suzuki qeyd edib ki, Rusiya iqtisadiyyatının ağır vəziyyəti ilə bağlı deyilənlər faktlara uyğun gəlmir. Əksinə, Rusiya iqtisadiyyatı inkişaf edir.

//Gülnarə Abasova, Editor.az