Tolik aparıcıları “topa tutdu”: “Camaatın anasını gətirib…”backend

Tolik aparıcıları “topa tutdu”: “Camaatın anasını gətirib…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son gündər tanınmış kulturoloq Aydınxan Əbilovla vəkil Şəfiqə Məmmədova arasında demək olar ki, hər gün efirdə qalmaqal yaşanır. 

Ekspertlərin son qalmaqalına səbəb kulturoloqun “Ümid ilə gəl” verilişində “ictimai nəqliyyatda yaşlılara, hamilə qadınlara yer verməyin” fikirlərini səsləndirməsi olub. 

Onların efirdə yaşadığı qalmaqallar tez-tez sosial şəbəkələrdə paylaşılaraq müzakirə mövzusuna çevrilir.

Bəzi tamaşaçılar isə bu qalmaqalların şou xarakterli olduğunu iddia edir, davaların reytinqi qaldırmağa xidmət etdiyini deyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Ümid ilə gəl” verilişinin aparıcısı, prodüser Tarix Əliyev (Tolik)vəkil Şəfiqə Nağıyevanın reklama ehtiyacı olmadığını bildirib:

“Şəfiqə Nağıyevanın reklama ehtiyacı yoxdur, bəlkə, Aydınxan müəllimin buna ehtiyacı var, ona görə özü edir, bilmirəm. Amma Aydınxan müəllim bir ictimai xadim, alim kimi bizim verilişimizə gəlir, ona hörmətim də var. Amma səsləndirdiyi fikirlər qalmaqallıdır, şəxsən mən özümü bilə-bilə camaata söydürmərəm. Əgər Aydınxan müəllim bunu bilə-bilə edirsə, deməli, onun problem var, nolsun ki, mənim efirimə gəlir? Hətta mən bundan narazıyam”.

Tolik digər sosial mövzulu verilişlərdən fərqli olaraq, efirdə şou yaratmadığını qeyd edib:

“Aydınxan müəllim mənim ekspertimdir, kulturoloqdur, ona çox böyük hörmətim var, amma səsləndirdiyi ifadələr onun xoşuna gəlirsə və bunu deyirsə, bu onun şəxsi fikridir. Mən verilişimdə digər verilişlərdən fərqli olaraq şou yaratmıram. Mənim verilişimdə bu günə qədər bir qadının ürəyi gedib, onun da qarşısını almışam. İstəsəm, gündə 10 nəfərin efirdə ürəyi gedər. 5 aya yaxındır ki, sosial mövzulu veriliş aparıram, bu çox adama yer eləyib, amma bilin ki, efirdə oyun qurmuram. Yanıma bir şikayətçi gəlib, 19 gündür ki, xanımın qızı yoxdur, mən 1 saatın içində zəng vurmuşam, məsələ nədir öyrənmişəm, bilirəm. Mən o biri aparıcılar kimi, camaatın anasını efirə gətirib aylarla ağlatmıram. Onlardan üstünlüyüm odur ki, aktyorluğu bacarmıram”.