Tolik çalışdığı telekanaldan şikayətləndi: “Ayaqlarına daş düşəydi…” – FOTObackend

Tolik çalışdığı telekanaldan şikayətləndi: “Ayaqlarına daş düşəydi…” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uğursuz hara gedirsə, özü ilə uğursuzluq aparır. MTV kanalı o qədər yaxşı idi ki… İndi bir neçə nəfər uğursuz gəlib, ayaqlarına daş düşəydi gəldikləri yerdə”. 

Editor.az  bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.

“Tarixin bir günü” verilişinin aparıcısı Tolik çalışdığı MTV Azərbaycan kanalından şikayətlənib:

“Nəfsləri yalnız onun, bunun efirindədir. Allah sizi bildiyi kimi etsin. Mənə bata bilmirlər, çünki gözlərinin odunu almışam. Kanalın rəhbərinə qurban olun, o qədər gözəl insandır ki, sizi kimi tülkülərə inanır. Allah onun köməyi olsun. Amma siz də o birilər kimi gedəcəksiniz. Komandamla işiniz olmasın”.