Toliklə Nagehan arasında qalmaqal – FOTOlarbackend

Toliklə Nagehan arasında qalmaqal – FOTOlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) bloger Nagehan Abdullayeva arasında qalmaqal yaşanıb. 

Editor.az  axşam.az-a istinadən xəbər verir ki,Tolik buna səbəb kimi Nagehanın Türkiyədə ötən gün keçirilən prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləməsini göstərib.

Tolik “Türkiyədən bura gəlib, özünə gün, pul qazanıb bloger olan Nagihan, sən bu ölkəni pisləyən Kılıçdaroğluna dəstək olursan, onda götür şələ-şüləni də get İstanbulda yaşa” sözlərini yazıb.

Tolik daha sonra paylaşımını silərək, bunu Nagehanın həyat yoldaşı Fərid Abdullayevin istəyi ilə etdiyini bildirib:

“Yoxsa mən heç atam Tahirdən qorxmuram. Nagihan da bilir, ona sözümü telefonda demişəm. İnşallah, Rəcəb Tayyib Ərdoğan qazanar və yenidən Türkiyə prezidenti olacaq”.

Nagehan da paylaşımında “Azərbaycana olan sevgimi kiminsə sorğu-sual etməsinə icazə vermərəm. İllərdir doğma dilinizdə sizlərin qarşısında iki azərbaycanlı övlad böyüdürəm. Sadəcə türk bayrağı və “Nə mutlu türküm diyene” sözünü paylaşdığım üçün məni hədəf göstərərək, məni övladlarımın vətəndaşı olduğu ölkədən qovma hörmətsizliyinə sözüm yoxdur. Bu zamana qədər necə bir insan olduğumu göstərdiyim üçün bu qədər sevildim. Heç kimsə haqqımda başqa söz deyə bilməz. Mən və milyonlarla Türkiyə vətəndaşı Azərbaycanı qardaş ölkə bilərək böyüdük. Bir qadına qarşı edilən bu ittiham, suiqəsd qarşısında çox üzüldüm” sözləri ilə Tolikə cavab verib.