Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi oldubackend

Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək. O, bu barədə mayın 23-də məlumat verib.

Barak ABŞ-ın Ərəb Respublikasına qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini bildirib. “Suriyaya qarşı sanksiyaların dayandırılması bizim əsas məqsədimizə – İŞİD-in son məğlubiyyətinə nail olmağa mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün şans verəcək”, – deyə Barrak X səhifəsində yazıb.

Qeyd edək ki, Suriyada rejim dəyişikliyi və Əhməd əl-Şaraanın hakimiyyətə gəlməsindən sonra Qərb ölkələri prezident Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa başlayıb. May ayında ABŞ prezidenti Donald Tramp ölkəyə qarşı sanksiyaların ləğvi barədə göstəriş verib. Mayın 20-də ABŞ-ın ardınca Avropa Birliyi də Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını açıqlayıb.

//Samir Qurbanov, Editor.az