Tomas Bax Tokio Olimpiadasının bu yay keçiriləcəyinə əmin olduğunu bildiribbackend

Tomas Bax Tokio Olimpiadasının bu yay keçiriləcəyinə əmin olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio Olimpiya və paraolimpiya Oyunlarının keçiriləcəyinə əmin olduğunu bildirib.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə BOK-un prezidenti Kyodo agentliyinə müsahibəsində bildirib. “Hazırda bizim əlimizdə Tokio Olimpiya Oyunlarının iyulun 23-də Tokionun paytaxt stadionunda açılışının baş tutmayacağını demək üçün elə bir əsas yoxdur”, – deyə T.Bax vurğulayıb.

Xatırladaq ki, BOK və Tokio Oyunlarının təşkilat komitəsi ötən il martın sonlarında koronovirus pandemiyasına görə Olimpiadanın 2021-ci ilə keçirilməsi barədə qərar qəbul ediblər. Oyunların iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.

BOK prezidenti əmin olduğunu bildirib ki, o, Tokio Olimpiadasını təhlükəsiz və uğurlu keçirmək mümkün olacaqdır.

Qeyd edək ki, son vaxtlar Tokio Olimpiadasının keçirilməsi ilə bağlı Yaponiya cəmiyyətində müəyyən çaşqınlıq yaranıb. Belə ki, bir sıra KİV-lərin keçirdiyi sorğuların nəticələrinə görə, koronovirus pandemiyasına görə yaponların yalnız 16 faizi yarışların baş tutacağını mümkün sayır.

Hazırda Yaponiyanın mərkəzi hökuməti tərəfindən pandemiyaya görə 13 əsas prefekturada ikinci fövqəladə vəziyyət rejimi elan edilib.