“Tombalacı”nın ölüm səbəbi məlum oldubackend

“Tombalacı”nın ölüm səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan əvvəl dünyasını dəyişən Türkiyənin tanınmış aktyoru Haldun Boysanın ölüm səbəbi bəlli olub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 62 yaşlı aktyorun həmin gün iki dəfə halının pisləşdiyi, narahatlığının ürəyinə qoyulmuş stendlə bağlı olduğu ortaya çıxıb.

Türkiyə KİV yazır ki, stend iyun ayında dəyişdirilməli imiş. Lakin Boysan koronavirus qorxusu səbəbilə xəstəxanaya getməyib, dəyişdirilmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb. Həm 90 yaşlı anasını, həm də özünü qorumaq istəyən aktyor bu səbəbdən baraz ertəsi günü həyatını itirib.

Qeyd edək ki, Haldun Boysan “Kurtlar vadisi” serialından “Tombalacı” ləqəbi ilə də tanınıb.