Top dirəyə dəyincə, Mahir çılğına döndü – VİDEObackend

Top dirəyə dəyincə, Mahir çılğına döndü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Ekstraklasasında növbəti oyununa çıxıb

Offsideplus.az xəbər verir ki, Varşava təmsilçisi 13-cü turda doğma meydanda “Poqon”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bu, komandanın ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyəti olub.

Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 61-ci dəqiqədə əvəzlənib. Futbolçu ilk hissədə qola yaxın olsa da, top qapı dirəyinə dəyib.

Qeyd edək ki, “Legiya” 9 xalla 16-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.