“Topaz” oyunçusu 1 manatla avtomobil qazandı-FOTO/VİDEObackend

“Topaz” oyunçusu 1 manatla avtomobil qazandı-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Caspian Tech” QSC-in “Topaz” markası oyunçuları üçün keçirdiyi ən böyük uduş kampaniyası başa çatıb. Editor.az xəbər verir ki, kampaniyaya “Elektra Events Hall”da baş tutan tədbirdə yekun vurulub.

Tədbirin açılış mərasimində şirkət rəsmiləri məlumat verib ki, məlum kampaniya 15 aprel – 15 iyun tarixlərində TFC (Topaz Fan Club) tətbiqi üzərindən mərc edən və uduşlu olan biletlər arasında keçirilib. Hədiyyə fondu qeyd olunan müddət ərzində oynanılan və nəticələnmiş uduşlu biletlərdən ən çox əmsal toplamış uduşlu mərc biletinin sahibinə dəyəri ən yüksək olan hədiyyə təqdim edilməsi prinsipi ilə kampaniyanın iştirakçıları arasında paylanılıb.

Beləliklə, 355 qiymətli hədiyyə fondu olan bu kampaniyanın super uduş hədiyyəsi “Haval H6 Hybrid” avtomobili kampaniya müddətində ən böyük əmsalı tutaraq qalib olan Elşad Əhmədova təqdim edilib. Qalib 1 manata 10256 AZN ( 10256 əmsal) qazanaraq kampaniyada lider olub.

Xatırladaq ki, “Topaz” 2023-cü ilin əvvəlində yeni “Topaz Fan Club” ( TFC ) mobil tətbiqini oyunçuların ixtiyarına verib. Bu tətbiqin fəaliyyətə başlamasından sonra artıq mərc həvəskarları “Topaz” məntəqəsindən vauçer alaraq TFC mobil tətbiqlərində vauçerin barkodunu oxudaraq öz vauçer balanslarını mərclərə çevirə bilirlər. Bu halda oyunçular yalnız “Topaz” məntəqəsi daxilində deyil, istədikləri yerdə elə öz mobil telefonları ilə mərclər edə bilirlər.

Qeyd edək ki, Topaz Fan Club mobil tətbiqinin aşağıdakı üstünlükləri var.

-50 manata qədər edilən bütün mərclərin uduş vergisini Topaz özü qarşılayır
– Minimum mərc məbləği 1 AZN
– TFC ilə istənilən yerdə və istənilən anda telefonundan mərc etmək mümkündür

//Editor.az